Şəhid Cəlil Xeyrullayevin atası Mürvət Xeyrullayev
17 dekabr 2020 16:09 (UTC +04:00)

Şəhid Cəlil Xeyrullayevin atası Mürvət Xeyrullayev

Pandemiyaya görə toyu təxirə düşən şəhidin atası danışır - VİDEO

Quba rayonunun İkinci Nügədi kəndindən olan şəhid Cəlil Xeyrullayev Murovdağ zirvəsi, Cəbrayıl, Füzuli rayonlarının və Hadrut qəsəbəsi uğrunda şiddətli döyüşlərin iştirakçısı olub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Cəlil Xüsusi Təyinatlı Qüvvələrin çavuşu kimi Vətən müharibəsinin ilk günündən qatılıb. Oktyabrın 15-də Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşlər zamanı yanında tank mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Atası Mürvət Xeyrullayev bildirir ki, Cəlilin hərb elminə böyük həvəsi vardı: “Cəlil dörd oğlumun ən kiçiyidir. O, məktəbdə keçirilən "Şahin" hərbi-idman oyunlarında dəfələrlə fərqlənməyi bacarmışdı. Əsgərlikdən gələndən sonra müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətə başlamaq istədiyini bildirdi. Bu yolun çətin və şərəfli olduğunu söylədim. Cəlil hansı işə başladığının məsuliyyətini anlayırdı. Bu gün oğlumla qürur duyuram, fəxr edirəm. O, torpaq, Vətən yolunda şəhid olub”.

Cəlil döyüşlərin ilk günlərində Murovdağ zirvəsinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Daha sonra Füzuli istiqamətində yaşayış məntəqələrinin işğalına son qoyulması üçün irəli atılan birləşmələrdə yer alıb.

Qardaşı Qüdrət Xeyrullayev bildirir ki, Cəlil ona zəng edərək ağır döyüş əməliyyatlarının getdiyini, ermənilərin silah-sursat və texnikalarını atıb qaçdığını söyləyirdi: “Döyüş yoldaşları Cəlillə bağlı xatirələrini mənimlə bölüşüblər. Onların dediyinə görə, oktyabrın 13-də Cəlilin yer aldığı qrupa Füzuli rayonunda mühüm əhəmiyyətli strateji yüksəkliyin ələ keçirilməsi üçün xüsusi tapşırıq verilib. On nəfərlik heyət tapşırığın icrası zamanı ermənilərin 60 nəfərədək xüsusi təyinatlısı ilə qarşılaşıb. Amansız döyüş zamanı düşmən tamamilə məhv edilib. Cəlilgilin qrupundan isə bir döyüşçümüz şəhid olub, iki nəfər yaralanıb. Yüksəklik düşməndən təmizlənib. Bu onu göstərir ki, bizim əsgərlərin döyüş hazırlığı çox yüksəkdir”.

Cəlil Xeyrullayev nişanlı idi. Toyunun bu ilin iyun ayında keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən təxirə salınıb. O, sonuncu dəfə zəng edəndə Füzuli uğrunda döyüşdüklərini söyləyib: “Bizə Cəlilin şəhid olduğu xəbəri veriləndə inana bilmirdik. Füzuli uğrunda şəhid oldu. Biz Cəlili kənd qəbiristanlığında dəfn edəndə Ali Baş Komandan televiziyada Füzulinin azad olunduğunu elan etdi. Əminəm ki, qardaşımın ruhu şaddır”.

Şəhid Cəlil Xeyrullayev ölümündən sonra “Vətən uğrunda medalı” ilə təltif olunub.

Vəli Turan

Mais Allahverdiyev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4655

Oxşar yazılar

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

Özünü yandırıb küçədə gəzdi - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

1 may 2025 , 12:34
"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

"Sprinter" sürücüsü polisdən belə qaçdı - VİDEO

1 may 2025 , 11:59
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

1 may 2025 , 10:00
Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

Cinsi zəifliyə bu nevroloji problemlər səbəb olurmuş - APAMED

30 aprel 2025 , 21:37
Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

30 aprel 2025 , 11:06
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

30 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

29 aprel 2025 , 10:00
APA TV-də XəbərAPAran – CANLI

APA TV-də XəbərAPAran – CANLI

28 aprel 2025 , 10:38