Prezidentin icra başçısı təyin etdiyi Orxan Hüseynzadə kimdir?
01 noyabr 2024 16:48 (UTC +04:00)

Prezidentin icra başçısı təyin etdiyi Orxan Hüseynzadə kimdir?

8

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Orxan Rüfət oğlu Hüseynzadə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Lent.az Orxan Rüfət oğlu Hüseynzadənin bioqrafiyasını təqdim edir:

Orxan Rüfət oğlu Hüseynzadə 1983-cü ildə Bakı şəhərində anadan olub.

2004-cü ildə Bakı Dövlət Universitetini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

 2006-2012-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2012-2018-ci illər ərzində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi müxtəlif vəzifələrdə işləyib.

2018-ci ildə  Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında çalışıb.

2018-ci ildən hal-hazıradək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
8
# 32315

Oxşar yazılar