Bu vilayətin qadınları azərbaycanlılara üstünlük verirlər
14 oktyabr 2021 17:34 (UTC +04:00)

Bu vilayətin qadınları azərbaycanlılara üstünlük verirlər

2021-ci ilin 9 ayı ərzində Saratov vilayətində əcnəbilərlə evliliyin statistikası açıqlanıb.

Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu il 311 saratovlu qadın xarici vətəndaşa ərə gedib. Bu qadınların ən çox üstünlük verdiyi millətin nümayəndələri isə azərbaycanlılardır. 81 nəfər azərbaycanlı saratovlu qadınla ailə qurub.

Yeri gəlmişkən, statistikada bir maraqlı məqam da var. Söhbət ondan gedir ki, 26 azərbaycanlı qadın da yerli sakinlərlə ailə qurub.

# 12462
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar