Gəlin  nikahdan sonra   öldü
12 avqust 2022 19:58 (UTC +04:00)

Gəlin nikahdan sonra öldü

Cənubi Uelsdə ölümcül xəstə olan gəlin öz toy günü, nikah qeydə alındıqdan bir neçə saat sonra ölüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 61 yaşlı Helen və 60 yaşlı David Felvus evlənmək qərarına gələnə qədər 44 il birlikdə yaşayıblar. Qırx il ərzində cütlüyün iki övladı olub: oğlu Qevinin 43, qızı Robinin isə 37 yaşı var.

İyul ayında sevgililər Tenerifeyə tətilə gediblər. Səyahət zamanı Helen qəfildən sağ tərəfində şiddətli ağrılar hiss edib, lakin o, bunu böyrək xəstəliyi ilə əlaqələndirib və qayıtdıqdan sonra həkimə müraciət etmək qərarına gəlib.

Britaniyalı qayıdan kimi Robin onu dərhal klinikaya aparıb. Həkim məyusedici diaqnozu açıqlayanda ana və qızı şoka düşüb - Helendə qaraciyər və bağırsaq xərçəngi olduğu ortaya çıxıb.

"Biz bir müalicə planının hazırlanacağını düşünürdük, lakin xəstəxanada dedilər ki, anam çox xəstədir və onların edə biləcəyi yeganə şey ağrıları yüngülləşdirməkdir", - Robin vurğulayıb.

Xərçəng xəstəliyini öyrəndikdən sonra Helen və David evlənməyə qərar veriblər. Mərasim evdə ailə və dostları ilə keçirilib. Helen "Razıyam" dedikdən bir neçə saat sonra ölüb.


 

# 3711
avatar

Oxşar yazılar