Bu gün Bakının Suraxanı rayonunda 2 qəsəbənin qaz təchizatı dayandırılacaq.
Bu barədə Lent.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, “Bül-Bülə” və “Yeni Suraxanı” qaz kəmərlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq.
Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.