İkardi arvadının arxasınca Argentinaya getdi -  Mühafizəçilər qovdu
04 oktyabr 2022 19:41 (UTC +04:00)

İkardi arvadının arxasınca Argentinaya getdi - Mühafizəçilər qovdu

"Qalatasaray"ın futbolçusu Mauro İkardi ötən həftə ayrıldığı Vanda Nara ilə barışmaq üçün Argentinaya gedib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, ulduz futbolçunun həyat yoldaşı ilə barışmaq üçün getdiyi Argentinada məyus olduğu bildirilir. Mauro İkardinin Vanda Naranın mühafizəçiləri tərəfindən qovulduğu iddia edilir.

Sevgi macəralarını medianın yaxından izlədiyi Mauro İkardi və Vanda Nara cütlüyü ötən həftə ayrılıb. Vanda Naranın xəyanət iddiaları ilə gündəmə gəldiyi bir vaxtda cütlüyün ayrılığının səbəbi açıqlanmayıb. Mauro İkardinin “Instagram” hesabında paylaşım etdikdən sonra məlum olub ki, o, Vanda Naranı barışmağa razı sala bilməyib və Argentinaya yollanıb. Argentinalı ulduzun ölkəsində məyus olduğu yazılıb.

“Bu anı yaşama ağrılıdır”

Vanda Nara sosial media hesabından açıqlama verərək ayrılmaq qərarına gəldiklərini açıqlayıb. Vanda Nara paylaşımında yazıb: "Bu anı yaşamaq mənim üçün çox ağrılıdır. Ancaq məruz qaldıqlarım və medianın spekulyasiyasına görə çox təfərrüata varmaq istəmirəm. Aydınlaşdıracaq başqa bir şeyim yoxdur. Bu ayrılıq haqqında daha ətraflı məlumat verməyəcəyəm, təkcə mənim üçün deyil, uşaqlarımız üçün də anlayışla qarşılamanızı xahiş edirəm”.
 
Xəyanət iddiası

Vanda Naranın ayrılıq mesajından sonra media boş dayanmayıb. Argentina mətbuatında yer alan xəbərdə cütülük arasında xəyanətin olduğu qeyd edilib. Vanda Naranın Venesuelalı rep ulduzu L-Qante ilə gecə klubunda olduğu və bu görüşün ayrılığın fitilini yandırdığı bildirilib.
 
İkardidən paylaşım

Mauro İkardi bu yaxınlarda “Instagram” hesabında paylaşım edib və Vanda Nara ilə barışdığını bildirib. Argentinalı ulduz Vanda Nara ilə mesajlarını izləyiciləri ilə bölüşüb. Vanda Naranın telefonla ona zəng vurduğu şəklini paylaşan Mauro İkardi izləyicilərinə “Açmalıyam, yoxsa yox?” sorğusu yönləndirib. Mauro İkardi bu yaxınlarda Vanda Naraya yönəlik  "I love you poious"  (“Səni sevirəm zəhərli”) mahnısını paylaşıb.
 
Vanda Nara izləməni dayandırdı

Mauro İkardinin bu davranışına baxmayaraq, Vanda Nara ayrılmaq qərarından geri çəkilməyib. Cütlük sosial media hesablarında bir-birini izləməyi dayandırıb. Vanda Nara Mauro İkardidən əvvəl keçmiş arvadı Maksi Qomesi yenidən təqib edib və Maksi Qomezin hamilə sevgilisinə təbrik mesajı yazıb. Argentina mətbuatı Mauro İkardi və Vanda Naranın ayrılma qərarının reklam məqsədi daşıdığını və Vanda Naranın markasını tanıtmaq üçün belə bir oyun oynadıqlarını iddia edib.
 
Mauro İkardinin də meneceri olan Vanda Naranın onun hüquqlarına sahib olduğu iddia edilirdi. Ulduz futbolçunun 2050-ci ilə qədər bütün hüquq və əmlakının Vanda Naranın nəzarətində olduğu iddia edilib.
 
Argentinaya gedib
 
"Qalatasaray"da zədələndiyi iddia edilən Mauro İkardinin Vanda Nara ilə barışmaq üçün Argentinaya getdiyi iddia edilib. Milli komandaların oyunlarına görə çempionatlarda fasilə zamanı Milanda olan Mauro İkardinin oktyabrın 1-də səhər saatlarında Vanda Naranın Argentinadakı malikanəsinə girməyə cəhd etdiyi bildirilib. Argentina mətbuatında çıxan xəbərlərdə qeyd olunub ki, Mauro İkardi Vanda Naranın mühafizəçiləri tərəfindən qəbul edilməyib və argentinalı futbolçu qovulub.

"Qalatasaray"ın oyunu günü Mauro İkardinin Argentinaya getməsi bəzi azarkeşlərin etirazına səbəb olub.
 

# 2226
avatar

Oxşar yazılar

Arvadının brilyant üzüyünü ATDI -  20 ton zibilliyə girdi...  - FOTO

Arvadının brilyant üzüyünü ATDI - 20 ton zibilliyə girdi... - FOTO

7 dekabr 2022 , 19:05
Qadınların ailədə etdiyi  DÖRD SƏHV

Qadınların ailədə etdiyi DÖRD SƏHV

7 dekabr 2022 , 09:09
Əkiz bacılar ayrılıqdan qorxub eyni kişi ilə  EVLƏNDİLƏR

Əkiz bacılar ayrılıqdan qorxub eyni kişi ilə EVLƏNDİLƏR

6 dekabr 2022 , 18:57
Qadın heç vaxt ərini aldatmadı:  Başqa kişidən hamilə qaldı

Qadın heç vaxt ərini aldatmadı: Başqa kişidən hamilə qaldı

5 dekabr 2022 , 19:10
Keçmiş prezidentin nəvəsi idmançı sevgilisindən  AYRILDI

Keçmiş prezidentin nəvəsi idmançı sevgilisindən AYRILDI

1 dekabr 2022 , 17:42
Qəzada yaddaşını itirdi: Həyat yoldaşı ilə  ikinci dəfə evləndi

Qəzada yaddaşını itirdi: Həyat yoldaşı ilə ikinci dəfə evləndi

30 noyabr 2022 , 19:59
Tanınmış fenomen keçmiş  sevgilisini SİLDİ

Tanınmış fenomen keçmiş sevgilisini SİLDİ

30 noyabr 2022 , 10:23
Ronaldonun sevgilisi kazinoya "pul" paltarında gəldi

Ronaldonun sevgilisi kazinoya "pul" paltarında gəldi

28 noyabr 2022 , 19:59