« Bəziləri mənə Yəmənin Ərdoğanı deyir»
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Yəməndə səfərdə olub.
Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, o, Sanada ölkənin baş naziri Məhəmməd Salem Basendva ilə görüşüb. Kamera önünə keçəndə Yəmən hökumətinin başçısı maraqlı açıqlama verib: «Bəzi insanlar burada mənə «Yəmənin Erdoğanı deyir».Mən bundan qürur duyuram».
Əhməd Davaudoğlu Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğanın xoş diləklərini M.Salem Basendvaya çatdırıb.
Yəmənin baş naziri cavabında deyib: «Mənim də salamlarımı ona yetirin. Mən onu çox sevdim. İstanbulda özü ilə yaxşı görüş keçirdim. Mənə çox təsir etdi. Sağollaşmaq üçün yanıma gəldi».
Türkiyəli nazir yəmənlilərin Türkiyənin qardaşı olduğunu bildirərək, deyib: «Yəmənin baş naziri, Türkiyənin baş naziri kimidir».
Basendva Türkiyə-Suriya sərhədində baş verənləri diqqətlə izlədiklərini, «Suriyadakı rejimin artıq getmək vaxtının çatdığını» söyləyib.
Danışıqların sonrakı hissəsi mətbuat üçün qapalı keçirilib.

Oxşar yazılar

Tramp: Ukrayna ilə bağlı razılaşma artıq Zelenskidən asılıdır
16 avqust 2025 , 05:42
Putin: Tramp ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmayacaqdı
16 avqust 2025 , 04:40
Rusiya və ABŞ prezidentləri mətbuat konfransında çıxış edib
16 avqust 2025 , 03:38
Tramp və Putin arasında danışıqlar başladı - VİDEO
15 avqust 2025 , 23:39
Tramp və Putin danışıqların aparılacağı məkana eyni avtomobildə yollandı
15 avqust 2025 , 23:28Tramp və Putin görüşdü
15 avqust 2025 , 23:15
Putin Trampla görüş üçün Alyaskaya uçdu
15 avqust 2025 , 19:33