Nazir mafiya ilə əlaqəsini etiraf edib, istefa verdi
23 oktyabr 2012 10:15 (UTC +04:00)

Nazir mafiya ilə əlaqəsini etiraf edib, istefa verdi

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Keysyu Tanakanın xaricilərə məxsus şirkətdən qanunsuz ianə aldığı da üzə çıxıb. Keçən həftə jurnallardan birində çıxan yazıda 74 yaşlı Keysyu Tanaka etiraf edib ki, 30 il əvvəl “Yakudza” mafiyasının üzvləri ilə görüşüb, mafiya üzvlərinin birinin evlənməsində vasitəçi olub. O, mafiya liderinin təşkil etdiyi ziyafətə qatıldığını da dilə gətirib. Bununla belə, Keysyu Tanaka mafiya üzvü olmadığını və həmin şəxslərlə sonradan əlaqə saxlamadığını iddia edib. Lakin mafiya ilə əlaqələrin etiraf olunması nazirin nüfuzuna böyük zərbə vurub. O, bir müddət müalicə adı altında xəstəxanada yatıb, vəziyyətin stabilləşməsini gözləsə də, bu, nəticə verməyib. Müxalifət bu məsələni gündəmdə saxlayıb və son nəticədə Keysyu Tanaka istefa vermək məcburiyyətində qalıb.
# 2605

Oxşar yazılar