Əhmədinejad sərtləşdi
23 oktyabr 2012 17:29 (UTC +04:00)

Əhmədinejad sərtləşdi

Tehrandakı Evin həbsxanasında saxlanılan prezidentin mətbuat katibi və İRNA agentliyinin sabiq baş direktoru Əli Əkbər Cavanfikri ziyarət etməsi əngəllənən İran prezidenti Mahmud Əhmədinejad sərtləşib.

Lent.az-ın “Press TV” telekanalına istinadən verdiyi məlumata görə, Əli Əkbər Cavanfikri həbsxanada ziyarət etməsi istəyinə baş prokuror Qulam Hüseyn Muhseni Ecei tərəfindən rədd cavabı verilən Mahmud Əhmədinejad ədliyyə naziri Ayətullah Sadık Amoli Laricaniyə yeni bir məktub yazaraq istəyini təkrarlayıb.

Mahmud Əhmədinejad ikinci məktubunda üslubunu sərtləşdirib. O, ədliyyə nazirinə ünvanladığı məktubunda yazıb ki, Konstitusiyanı sona qədər tətbiq etmək və yaşanan problemləri çözmək üçün islahatlar aparmaqda qərarlıdır: “Sizə Konstitusiyada prezidentin həbsxananı ziyarət etmək üçün icazə almaq kimi bir məcburiyyətinin olmadığını xatırladıram”.

İranın ali dini lideri ayətullah Əli Xamneyi tərəfdarları ilə Mahmud Əhmədinejad arasında son bir ildir ki, artan gərginliyin nəticəsinin nə olacağını proqnozlaşdırmaq çətindir.
# 1434

Oxşar yazılar