Avropa Birliyi kəşfiyyat orqanını yaradır
23 oktyabr 2012 18:45 (UTC +04:00)

Avropa Birliyi kəşfiyyat orqanını yaradır

Avropa Birliyi öz kəşfiyyat orqanını yaratmaq üçün hərəkətə keçib.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Avropa Birliyinin yaradacağı kəşfiyyat orqanının hədəfində radikal islam və PKK terror təşkilatları da var.
Kəşfiyyat orqanının necə fəaliyyət göstərəcəyi də dəqiqləşib. Əvvəlcə Avropa Birliyinə yönəlik təhdid ola biləcək, eyni zamanda kəşfiyyat sahəsində əməkdaşlıq ediləcək ölkələrə təhlükəsizlik məmuru adı altında kəşfiyyatçılar yerləşdiriləcək. Əfqanıstan, Pakistan, Yəmən, Livan və Tunis kimi ölkələrdə çalışaraq təhlükəsizlik məmurları kəşfiyyat məlumatları toplayaraq dəyərləndirəcəklər. Avropa Birliyi başda NATO, BMT, ABŞ, Rusiya və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı olmaqla, bir çox beynəlxalq təşkilat və ölkələrlə də əməkdaşlığı genişləndirəcək.

Diplomatlar Avropa Birliyinin terrorla mübarizə məsələsində xüsusi ilə PKK-ya geniş yer ayırmasının diqqət çəkən məqam olduğunu vurğulayırlar.
# 938

Oxşar yazılar