«Kozloduy»  AES–in reaktorunda qəza baş verib
23 oktyabr 2012 21:55 (UTC +04:00)

«Kozloduy» AES–in reaktorunda qəza baş verib

Bolqarıstanda «Kozloduy» Atom Elektrik Stansiyasının (AES) 6-cı reaktoru dayandırılıb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb kimi enerji blokunun boru generatorunun elektron idarəetmə sistemində baş verən qəza göstərilir.

Mənəbənin bildirdiyinə əsasən, AES ətrafında radiasiya fonu qaydasındadır, radiasiya sızmayıb. Nasazlıq aradan qaldırıldıqdan sonra reaktor yenidən işə salınıb. Sentyabrın ortalarından başlayan təmir işləri başa çatıb.

«Kozloduy»Şərqi Avropada ən iri stansiya sayılır. O, 1974-cü ildə keçmiş SSRİ-nin iştirakı ilə tikilib.
# 684

Oxşar yazılar