ABŞ müşavirləri 2014-cü ildən sonra da  Əfqanıstanda qalacaq
24 oktyabr 2012 06:58 (UTC +04:00)

ABŞ müşavirləri 2014-cü ildən sonra da Əfqanıstanda qalacaq

2014-cü ildə ABŞ Əfqanıstandan ordusunu çıxaracaq. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bununla belə amerikalı hərbi müşavirlər bu ölkədə qalacaq.

ABŞ-ın Tacikistandakı səfiri Süzan Eliot deyib ki, həmin müşavir əfqan hərbçilərini ölkənin təhlükəsizliyinin təmin olunmasında, eləcə də terrorçuluğa və narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizə aparmaqda yardım edəcək.

Amerikalı diplomat bildirib ki, ölkəsi Qırğızıstandakı kimi Tacikistanda da tranzit mərkəzləri və hərbi baza açmağı planlaşdırmır.
# 478

Oxşar yazılar