“Borjomi”nin fəhlələri tətilə başladılar
24 oktyabr 2012 11:15 (UTC +04:00)

“Borjomi”nin fəhlələri tətilə başladılar

Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi xəbərə görə, fəhlələr əmək haqlarının artırılmasını tələb edirlər.

Məlumata görə, “Borjomi Georgia” şirkətinin rəsmisi Levan Baqdavadze fəhlələrlə görüşsə də, onlar israrla işə çıxmaqdan imtina ediblər.

Zavodun fəhləsi Mariam Xaçidzenin yerli “9 kanal” telekanalına bildirdiyinə görə, onun gündəlik əməkhaqqı 6 lari 70 tetridir (təxminən 4 dollar). “Bu pula isə ancaq çörək almaq mümkündür” - deyə xanım Xaçidze bildirib.

Hazırda zavodun bir neçə sexi işləyir. Fəhlələrlə danışıqlar isə davam edir.
# 976

Oxşar yazılar