Qəddafinin son qalası da çökdü
24 oktyabr 2012 18:39 (UTC +04:00)

Qəddafinin son qalası da çökdü

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, keçən həftənin ortalarından başlayan qanlı döyüşlər zamanı 100 min insanın yaşadığı şəhər “Qrad” qurğularından atəşə tutulub.

Bu dəqiqələrdə Ben-Valid şəhərinin mərkəzi meydanına Misrata briqadası adlanan keçmiş qiyamçı döyüşçülər toplaşıb. Onlar havaya atəş açaraq, şəhər müdafiəçiləri üzərində qələbəni qeyd edirlər.

Qeyd edək ki, bu şəhər Müəmmər Qəddafiyə sadiq Varfalla tayfasının mərkəzi sayılır. Bu tayfa Liviyanın yeni hakimiyyətini qəbul etmir.
# 2072

Oxşar yazılar