Kazanda küçə döyüş gedir
24 oktyabr 2012 20:18 (UTC +04:00)

Kazanda küçə döyüş gedir

Tatarıstan paytaxtı Kazanda güc sturkturları ilə yaraqlılar arasında döyüş gedir.
Lent.az-ın «BBC»-ya istinadən məlumatına görə, Rusiyanın güc sturkturlarının keçirdiyi xüsusi əməliyyat zamanı 4 nəfər öldürülüb, Federal Təhlüksizlik Xidmətinin iki əməkdaşı yaralanıb. Onlardan biri xəstəxanada keçinib.

Məlumat hazırlanarkən şəhərin «Kimyaçılar» («Ximikov») küçəsində atışmalara davam edirdi. Olay yerindən əhali köçürülüb. Onlar partlayış səsini eşitdiklərini bildirib.

Rusiya Daxili İşlər Nazirliyi yaraqlıların sayı barədə dəqiq məlumata malik olmadıqlarını bəyan edib. Qətlə yetirilən yaraqlılardan birindən partlayısı qurğu və «şəhid kəməri» aşkarlanıb. Atışma yerinin üzəri ilə vertolytolar uçur.

Bu olayın Cari ilin iyulunda Tatarıstan müfətisi İldus Fayzova və onun müavini Vəliulla Yaqubova sui-qəsdlə əlaqəsi olduğu iddia olunur.
# 2114

Oxşar yazılar