5 həbsxananın direktoru işdən çıxarılıb
29 oktyabr 2012 21:12 (UTC +04:00)

5 həbsxananın direktoru işdən çıxarılıb

Cəzaların icrası üzrə Gürcüstanın yeni naziri Sozar Subari 5 həbsxananın direktorunu işdən azad edib.

Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, hələlik həmin penitensiar müəssisələrin adları açıqlanmır.

S.Subari gələcəkdə daha bir neçə həbsxana direktorunun işdən çıxarılacağını istisna etməyib.

Xatırladaq ki, bu ilki parlament seçkisi öncəsi Tiflis rayonlarından birində, Qldanidəki 8 saylı həbsxanada məhbusların işgəncə məruz qalması ilə bağlı videoyazı ciddi qalmaqla səbəb olmuşdu. Onda bu olay cəzaların icrası nazirinin istefası ilə nəticələndi.
# 1362

Oxşar yazılar