«Svaboda»-nın rəhbərliyi Rusiya efirinə girmək istəmir
30 oktyabr 2012 00:51 (UTC +04:00)

«Svaboda»-nın rəhbərliyi Rusiya efirinə girmək istəmir

«Radio Svaboda»nın prezidenti Stiven Korn oktyabrın 29-da Moskvada olub.

Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, o, radionun rus dilində olan redaksiyasının keçmiş və indiki əməkdaşları ilə görüşüb. Görüşdə hüquq müdafiəçiləri də iştirak edib.

Yığıncaq radio əməkdaşlarının ixtisara salınmasına və internet-yayıma həsr olunub.

Xatırladaq ki, bu yaxınlarda ABŞ hakimiyyəti yanında Yayımları İdarəetmə Şurası (BBG) «Azad Avropa Radiosu » rusca redaksiyasının internet xidmətinin bütün işçilərinin işdən azad edilməsi ilə bağlı qərarını dəstəkləmişdi.
Məlumata əsasən, ötən ay «Svaboda» radiosu internet-redaksiyasının bütün heyəti işdən çıxarılıb.
Oktyabrın birindən radionun rusca xidmətinə əvvəllər «Vokruq sveta» jurnalına başçılıq etmiş Maşa Qessen rəhbərlik edir «Svaboda»nın internet-redaksiyasının işdən çıxarılmış keçmiş əməkdaşları rəhbərliyin bu addımına öz etirazlarını bildirib. Onların qənaətincə, radiostansiyanın efirdən çıxması Rusiya hakimiyyətinin təzyiqləri qarşısında «Svaboda»-nın tab gətirə bilməməsidir.

Onu da qeyd edək ki, oktyabrda bir qrup hüquq müdafiəçisi ABŞ adminstrasiyasına müraciət edərək, «Svaboda»-nın rəhbərliyinə təsir göstərmələrini istəmişlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1013

Oxşar yazılar