Ukraynada deputatlığa namizəd özünü güllələyib
30 oktyabr 2012 07:41 (UTC +04:00)

Ukraynada deputatlığa namizəd özünü güllələyib

Ukraynanın Çernovits vilayətində 202-ci seçki dairəsindən deputatlığa namizəd Vladimir Tokaryuk ölüb.
Lent.az-ın «UNİAN»-a istinadən məlumatına görə, ilkin xəbərlərə əsasən o, intihar edib.

Vilayət Daxili İşlər İdarəsi bildirib: «Tokaryuka qarşı güc tətbiqi və ya onun zorаkılıqla öldürülməsi istisnadır».

Agentlik isə namizədin tüfənglə başından vuraraq, özünü öldürməsi ehtimalını dəqiqləşdirir. Güllə onun başını dəlib keçib. O, reanimasiyaya çatdırılsa da, bir müddət sonra keçinib.
Tokaryukun cəsədini evində xanımı aşkar edib.

O, əvvəllər Vitali Kliçkonun «UDAR» Partiyasının üzvü olub. Bir müddət sonra nizamnaməni pozduğuna görə partiya sıralarından çıxarılıb. Hələlik bu məsələyə tam aydınlıq gətirilməyib. Ötən seçkidə 59 yaşlı sahibkar özü namizədliyini irəli sürüb.

Ölkənin informasiya mənbələri çeşidli ehtimallar irəli sürməkdədir. Bəziləri onun seçkiqabağı kampaniya üçün böyük məbləğdə kredit götürdüyünü, bir qism isə onun sağlığında problem olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401

Oxşar yazılar

Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək  qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN:  5 nəfər öldü

Qızıl mədənində UÇQUN: 5 nəfər öldü

3 avqust 2025 , 05:37