Çalmalı qızın çadırlarından – HADİSƏ YERİNDƏN –
“Yuliya Timoşenko tərəfdarları mətbuatın yazdığı kimi heç də 500-1000 nəfərdən ibarət deyil. Əslində onun tərəfdarları adlı bir dəstə də yoxdur. Bu gün bütün Ukraynanın seçimi odur. Bu çadırlar da o deyilən 300 nəfərin yox, bütün Ukraynanın simvoludur... Bütün bunlara görə də Moskvaya xidmət edən indiki hakimiyyət 2 ilə yaxındır onu həbsdə saxlayır”.
Bunları paytaxt Kiyevin mərkəzi Kreşatik küçəsində keçmiş baş nazir Y.Timoşenkonun həbsindən sonra qurulan 300 nəfərlik çadırların yanında rastlaşdığım 50 yaşlı Pavel Çuqay adlı ukraynalı dedi. O aksiya iştirakçısı deyildi. Çadırların daimi sakinləri son parlament seçkilərindən sonra nəticələrə qarşı etiraz əlaməti olaraq parlament binası qarşısında keçirilən etiraz mitinqinə qoşulmuşdular. Söhbət etdiyim bu Kiyev sakini isə təsadüfən oradan keçənlərdən biri idi.
Pavel deyir ki, son seçkilərdən sonra Timoşenkonu dəstəkləyən əksəriyyət ukraynalılar daha da aqressivləşiblər: “Biz hazırkı prezident Yanukoviçin bizi daha da uçuruma sürükləməsini istəmirik. Bizə azad Ukrayna lazımdır, gəlirləri bizim olan Ukrayna lazımdır. Bu çadırlar ukraynalıların mənəvi mərkəzidir, hər gün bura ölkənin müxtəlif yerlərindən gəlib gedirlər və Timoşenko azad olmayınca çətin ki bu çadırlar yığışdırılsın”.
Həmin yerdə rastlaşdığım Qalina adlı qadın və digər sakinlər də təxminən eyni fikirləri bölüşürdülər. Onlar çadırların daimi sakinləri olmasalar da, çadırdakıların mövqelərini tam dəstəkləyirlər. Onlar deyir ki, seçkilərdən sonra çadırda toplaşanlar ancaq gecəni burada keçirilər, gündüzlər isə paytaxtda, eləcə də regionlarda keçirilən etiraz aksiyasına qoşulurlar.
Çadırların daxilində, üstündə və küçə boyu isə “Timoşenkoya azadlıq!” və hazırkı prezident Viktor Yanukoviçin dərhal istefası tələb olunan şüarlar, keçmiş baş naziri təbliğ edən fotolar yapışdırılıb.
Sakinlər söhbət zamanı bildirirlər ki, parlament seçkilərinin nəticəsi Ukrayna üçün yaxşı heç nə vəd eləmir...
Mübariz Aslanov
Ukrayna, Kiyev

Oxşar yazılar

İran və İsrail deyil: Ukraynadan dəhşətli görüntülər
17 iyun 2025 , 13:47
İsrail-İran müharibəsi - SON DƏQİQƏ
17 iyun 2025 , 11:27
SEPAH-ın yeni vəzifəyə təyin olunan generalı da öldürüldü
17 iyun 2025 , 11:00
İran və İsraildə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdu - RƏSMİ
17 iyun 2025 , 10:35
Təbrizdə iki partlayış baş verdi
17 iyun 2025 , 09:55
İsrail polisi ölkədəki xarici KİV-lərin qaldığı yerlərə basqın etdi
17 iyun 2025 , 08:18
Fətullah Gülənin əmisi oğlu saxlanıldı
17 iyun 2025 , 05:43