«Bomba»-nın dağıtdığı «Eniqma» satışda
03 noyabr 2012 07:31 (UTC +04:00)

«Bomba»-nın dağıtdığı «Eniqma» satışda

«Bonhams»da «Eniqma» şifrə açan maşını hərraca çıxarılıb. Lent.az-ın «lenta.ru»-ya istinadən məlumatına görə, İkinci dünya savaşı zamanı rotorlu bu aparatla vermaxt gizli məlumatların şifrəsini açırmış.

Hərraca çıxarılan bu aparat 1941-ci ildə istehsal olunub və işlək vəziyyətdədir. Başlanğıc qiyməti 40-60 min funt-sterlinqdir. Hərrac noyabrın 14-də Naytsbricdə keçiriləcək.
Savaş bitəndən sonra Almaniyadan müttəfiqlər qənimət kimi çoxlu sayda belə quruğu aparıb. «Eniqma»-nın nüsxələrindən biri 2010-cu ildə 67250 funta satılıb.

«Eniqma»-nın Birinci dünya savaşı zamanı alman mühəndis Artur Şerbius ixtira edib. Bu aparat satışa 1920-ci illərin əvvəlində çıxarılıb. Bir müddət sonra Almaniya ordusu özünün modernləşdirilmiş «Eniqma»sını buraxdı.

«Eniqma»-nın şifrəsini isə britaniyalı riyaziyyatçı Alan Türinqin iştirakı ilə ixtira edilən «Bomba» ilə dağıtmaq olub.
# 978

Oxşar yazılar