İstanbulda şoka salan ailə qətliamı: 6 ölü, 5 yaralı
03 noyabr 2012 10:27 (UTC +04:00)

İstanbulda şoka salan ailə qətliamı: 6 ölü, 5 yaralı

Türkiyədə hər kəsi şoka salacaq hadisə baş verib. Lent.az-ın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, İstanbulun Bağçılar ərazisində Engin Sargık adlı Türkiyə vətəndaşı qardaşına və həyat yoldaşına tapança ilə atəş açıb.

Bundan sonra E. Sargık övladlarının yatdığı otağa daxil olaraq onları da güllə yağışına tutub. Bundan sonra o son gülləni özünə vurub. Güllə səsələri eşidən məhəllə sakinləri dərhal polisə məlumat veriblər.

Qeyd edək ki, qanlı olay nəticəsində E. Sargıkın qardaşı və 5 övladı ölüb. Qatilin özü də daxil olmaqla, həyat yoldaşı və 3 övladı xəstəxanada həkim nəzarətindədirlər. Faktla bağlı araşdırma aparılır.
# 5385

Oxşar yazılar