Şarm əl-Şeyxdə otellərdə terror hazırlayan “Əl-Qaida” üzvləri tutulub
03 noyabr 2012 11:29 (UTC +04:00)

Şarm əl-Şeyxdə otellərdə terror hazırlayan “Əl-Qaida” üzvləri tutulub

APA-nın məlumatına görə, terrorçuların eyni vaxtda bir neçə oteldə partlayış planlaşdırdığı müəyyənləşib.

Terror aktlarının Milad bayramı ərəfəsində həyata keçirilməsi planlaşdırılıb. Terrorçular Misirlə Qəzza sektorunun sərhədində saxlanıblar. Onların maşınında tapançalar, avtomatlar və reaktiv qurğular aşkarlanıb.

Qeyd edək ki, dünən Böyük Britaniya Xarici İşlər Nazirliyi Misirdə terror aktı ehtimalının yüksək səviyyədə olduğunu bildirərək öz vətəndaşlarını bu ölkəyə səfər etməkdən çəkinməyə çağırıb.
# 1493

Oxşar yazılar