Filippində güclü zəlzələ
03 noyabr 2012 13:32 (UTC +04:00)

Filippində güclü zəlzələ

Filippində 6.4 bal gücündə zəlzələ baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar ölkənin Mindanao adasında olub.

ABŞ Geoloji Araşdırma Mərkəzindən verilən açıqlamada qeyd olunur ki, yeraltı təkanlar yerin 63 km dərinliyində baş verib. İlkin məlumatlara görə, zəlzələ nəticəsində insan itkisi olmayıb.
# 872

Oxşar yazılar