Rusiya müdafiə naziri qüdrətli qayınatasının qurbanına çevrilib
03 noyabr 2012 19:06 (UTC +04:00)

Rusiya müdafiə naziri qüdrətli qayınatasının qurbanına çevrilib

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2000-ci ildə Rusiyada vergi idarəsində sadə işçi olan Anatoli Serdyukovun taleyi iş yerində dünyanın ən böyük şirkətlərindən biri olan “Qazprom”-un rəhbəri Viktor Zubkovun yeganə qızı Yulia ilə tanış olandan sonra dəyişib.

Anatoli Serdyukov Yulia ilə evləndikdən qısa müddət sonra verdi idarəsinin rəhbəri postuna keçib. Milyarder Mixail Xodorkovskini həbsə atdırmaq üçün məhkəməyə çox önəmli dəlillər təqdim edən Anatoli Serdyukov bununla ölkə rəhbərliyinin rəğbətini qazanıb və 2007-ci ildə müdafiə naziri postuna gətirilib. O, Prezident Vladimir Putinin ən sadiq adamlarından biri kimi tanınıb. Lakin Vladimir Putinin ordunu modernləşdirməklə bağlı böyük ümid bəslədiyi Anatoli Serdyukov bu vəzifəyə yüksələndən sonra həyatının dəyişməsində çox böyük rol oynamış Yulia ilə evliliyinə son qoyub və Müdafiə Nazirliyində çalışan, nazirlikdə ərazilərin satışına məsuliyyətdən daşıyan 32 yaşlı Yelena Vasileva ilə eşq yaşamağa başlayıb.

Rusiya polisi oktyabrın 25-də səhər saat 6:00 radələrində Yelena Vasilevanın 12 otaqlı lüks villasında axtarış aparıb. Bu axtarış zamanı Anatoli Serdyukov da evdə yaxalanıb. Müdafiə Nazirliyindəki işindən keçən il ayrılan Yelena Vasilevanın villasında 3 milyon rus rublu və 5 çantada saxlanan milyonlarla dəyəri olan 1500 qiymətli daş-qaş tapılıb. Müdafiə Nazirliyinə məxsus əraziləri yaxınlarına çox aşağı qiymətlə satmaqda ittiham edilən Yelena Vasileva ilə bərabər Anatoli Serdyukov barədə də nazirliyi 100 milyon dollar ziyana salmaq ittihamı ilə təhqiqat başlayıb.

“İzvestiya” qəzeti yazır ki, Anatoli Serdyukovun Müdafiə Nazirliyinin pulu ilə Qara dəniz sahilində lüks malikanə tikdirməsi ilə bağlı da cinayət işi açılacağını yazıb. Rusiya mətbuatı Anatoli Serdyukovun başı üzərində qara buludların dolaşmasını keçmiş qayınatası Viktor Zubkovla əlaqələndirir. Rusiya KİV-lərindən biri yazıb ki, “müdafiə naziri olsan belə, gərək heç vaxt Viktor Zubkov kimi qayınata ilə mübarizə aparmayasan...”
# 2440

Oxşar yazılar