Nyu-York sakinlərinə benzin pulsuz verilir
03 noyabr 2012 21:06 (UTC +04:00)

Nyu-York sakinlərinə benzin pulsuz verilir

Nyu-Cersi ştatının qubernatoru Kris Kristi şənbə günündən etibarən ştat əhalisinin limitlə benzin almasına dair sərəncam verib.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, sərəncama əsasən. Sakinlər avtomobilləri üçün yanacağı günaşırı alacaq.

Qubernatorun qənaətincə, yanacağa tətbiq edilən bu qayda yanacaqdoldurma məntəqələri qarşısında yaranan uzun növbələri aradan qalcaxacaq.

Oxşar problemlə Nyu-yorkda da üzələşilir. Ona görə də ştatın qubernatoru Endrü Kuomo müdafiə büdəcəsi hesabına benzin sakinlərə pulsuz veriləcəyinə dair sərəncam imzalayıb.

Hərbi yanacaq dolduran maşınları Manxetten istisna olunmaqla Nyu-Yorkun bütün küçələrində hərəkət edir. Hər nəqliyyat vasitəsi üçün 4,55 litr pulsuz benzin verilir.
# 1069

Oxşar yazılar