Suriya tankları Holan yüksəkliyi ərazisinə girib
03 noyabr 2012 21:43 (UTC +04:00)

Suriya tankları Holan yüksəkliyi ərazisinə girib

İsrailin Müdafiə Nazirliyi BMT-nin sülhməramlılarına şikayət edib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, buna səbəb kimi Suriya hakimiyyətinə məxsus üç tankın Hollan yüksəkliyinin hərbsizləşdirilmiş zonasına daxil olmasıdır.

Qeyd edək ki, bu ərazi İsrailin nəzarəti altındadır. İsrail oranı 1967-ci ildə 6 günlük savaşı zamanı işğal edib. Onda yəhudi dövlətinin hərbçiləri İordan çayının Qərb sahilini, Şərqi Qüdsü və Qəzza zolağını da tutmuşdu.
# 1304

Oxşar yazılar