Fransız katolik həmcinslilərin nikahına qarşı
04 noyabr 2012 00:50 (UTC +04:00)

Fransız katolik həmcinslilərin nikahına qarşı

Fransanın ən ali katoliki, Parisin arxiyepiskopu Andre Arman Ven-Trua hakimiyyətin planına qarşı etiraz etmək üçün sakinləri küçələrə çıxmağa çağırıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hakimiyyət cinsi azlıqların birgə nikaha girməsini qanuniləşdirmək istəyir. Keşişin fikrincə, bu sayaq «ailələr» cəmiyyətdə «tarazlığı poza» bilər.

Prezident Fransua Olland və nazirlər kabineti noyabrın 7-də həmcinsililərin nikaha girməsi qanunun layihəsini müzakirə edəcək. Bu layihəni 2013-cü ildə ölkə parlamentində müzakirəyə çıxarılacağı gözlənilir.
# 615

Oxşar yazılar