Hakim partiyanın səsi 30 faizdən aşağı düşüb
04 noyabr 2012 02:33 (UTC +04:00)

Hakim partiyanın səsi 30 faizdən aşağı düşüb

Ukrayna Mərkəzi Seçki Komissiyası bazar ertəsinədək fasilə elan edib. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, 225 dairədən 188-nin protokolu qəbul olunub.

Mənbənin bildirdiyinə əsasən, hakim Regionlar Partiyasının səsi 30 faizdən aşağı düşərək, 29,99 faiz olub. Keçmiş baş nazir Yuliya Timoşenkonun «Batkivşina»sı 25,54 faiz, V.Kliçkonun «UDAR»-ı 13,96 faiz, kommunistlər 13,96 faiz, «Azadlıq» isə 10,44 faiz səs toplayıb.

Qalan siyasi partiyalar 5 faizlik baryeri aşa bilmədiklərində parlamentə düşə bilməyəcək.
# 803

Oxşar yazılar