Kuba hələ də işıqsızdır
04 noyabr 2012 06:12 (UTC +04:00)

Kuba hələ də işıqsızdır

Qasırğadan 10 ün keçsə də ölkənin ikinci ən iri şəhəri işıqsız qalıb
Kuba hakimiyyəti ölkədə ikinci ən iri Santyaqo-de-Kuba şəhərinin elektrik enerji təchizatını bərpa edə bilmir.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 10 gün öncə «Sendi» qasırğası şəhərin elektrik enerji sistemini sıradan çıxarıb.
300 nəfərlik mütəxəssisdən ibarət heyət min voltluq yüksək gərginlikli xətti təmir etməkdə çətinlik çəkir. Ona görə də məktəblərdə dərslərin gələn həftə başlayacağı gözlənilir.

Mənbənin xatırlamasına əsasən, qasırğa zamanı 11 nəfər həlak olub, 200 minə yaxın binaya zərər dəyib. Qonuş Haitidə isə 50 nəfər bu təbii fəlakətin qurbanı olub, kənd təsərrüfatına ciddi ziyan vurulub.
# 965

Oxşar yazılar