Merkeldən Ərdoğana maraqlı təklif
04 noyabr 2012 07:51 (UTC +04:00)

Merkeldən Ərdoğana maraqlı təklif

Türkiyənin baş naziri Rəcəb Taip Ərdoğan Almaniyanın kansleri Angela Merkeldən maraqlı təklif aldığını bildirib.

Lent.az-ın «CNNtürk»-ə istinadən məlumatına görə, Merkel «Türk Hava Yolları» ilə Almaniyanın «Lufthansa» şirkəti ilə birləşdirilməsini təklif edib.

«Mən ona müsbət cavab verdim. Perspektivdə bizim belə bir planımızın olduğunu dedim. Biz bu addımı atmağa hazırıq» - deyə, R.T.Ərdoğan söyləyib.

Türkiyə ictimaiyyəti isə bunu birmənalı qarşılamayıb. İctimai şəbəkələrdə bunu Türkiyə hökumətinin tanınmış türk şirkətini pula görə etdiyini də yazıblar.

Mənbənin məlumatına əsasən, Türk Hava Yollarında dövlətin payı 49,12 faizdir.
# 3429

Oxşar yazılar