Əhmədinejad 5 milyon nəfəri Tehrandan çıxarır
0
0
İran prezidenti dəhşətli zəlzələdən daha az itki ilə çıxmaq üçün bu addımı atır
İran prezidenti Mahmud Əhmədinejad zəlzələ təhlükəsinin mövcud olduğu Tehrandan 5 milyon insanın köçürülməsini zəruri sayır.
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, prezident önləyici tədbir kimi bunu gərəkli hesab edir.
Mahmud Əhmədinejad bildirib ki, həmin 5 milyon insanın evi bölgədə Yer səthinin qırılma xətlərinin üzərində, riskli ərazilərdə yerləşir: “İnsanların şəhəri tərk etmələrini əmr edə bilmərik, ancaq hazırlıqlar görülməlidir. Ən azı 5 milyon insan Tehranı tərk etməlidir ki, böhran vəziyyətində şəhər daha az qələbəlik və daha rahat idarə edilə bilsin. Bu insanların Tehranı tərk etmələri üçün hökumət torpaq, aşağı faizli kredit verə bilər. Zəlzələnin nə zaman olacağını təxmin edə bilmərik. Amma zəlzələ baş versə, 13,8 milyon insanın yaşadığı Tehranı necə idarə edə bilərik?”
Qeyd edək ki, bundan əvvəl dini lider Ayətullah Əli Xamneyi hökumət orqanlarının başqa şəhərdə yerləşdirilməsini istəmişdi.

Oxşar yazılar

Saxta ittihamla 27 il həbs yatan şəxs azadlığa buraxıldı
6 sentyabr 2025 , 08:46
SON DƏQİQƏ: Tramp bu ölkəyə zərbə endirməyə hazırlaşır
6 sentyabr 2025 , 06:53
Bu şəxslərin ABŞ-a girişi qadağan edildi
6 sentyabr 2025 , 04:44
ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55