ABŞ rəsmisi: «Bütün dövlətlər İranla ticarəti dayandırmalıdır»
ABŞ Dövlət departamentinin təmsilçisi Mark Toner Misirlə İslam Respublikası arasında hava xəttinin bərpası ilə bağlı müqavilənin imzalanmasını şərh edərkən, bütün dövlətlərin İranla ticarət əlaqələrini davam etdirməkdən imtina etmələrinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, İranla Misir arasında hava xətti 30 ildən artıqdır ki, dayandırılmışdı.
«Biz iki ölkə arasında birbaşa avaireyslərin açıldığı haqda qarşılıqlı anlaşma barədə müqaviləyə aid məlumatla tanış olduq. Beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, biz hələ də bütün dövlətləri, o cümlədən Misiri İranla yeni ticarət sövdələşməsinə girməməyə çağırırıq» - deyə, amerikalı diplomat bildirib.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyms Consun sözlərinə görə, Amerika İranın nüvə proqramı ilə bağlı məsələnin güc tətbiqi ilə həllini istisna etmir.
«Prezidentimiz milli təhlükəsizlik maraqlarımızı qorumaq üçün məsələnin diplomatik və ya hərb yolu ilə həllindən imtina etməyib» - deyən müşavirin qənaətincə, İslam Respublikasının rəhbərliyi onlara tətbiq edilən sanksiyalardan nəticə çıxararaq, öz siyasətində dəyişiklik etməlidir.
O, ABŞ-ın Yaxın Şərqin nüvə silahı ilə «doldurulması»nı istəmədiyini söyləyərək, əlavə edib ki, rəsmi Vaşinqton İranın dinc məqsədli nüvə enerjisindən istifadə etməsini bütünlükdə dəstəkləyir.
Sədrəddin Soltan

Oxşar yazılar

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56
Tramp Elon Maskı sərt tənqid etdi
7 iyul 2025 , 06:19
İsrail Yəmənə qarşı “Qara Bayraq” əməliyyatı həyata keçirdi
7 iyul 2025 , 04:39
İsrail “Hizbullah” hədəflərinə zərbələr endirdi
7 iyul 2025 , 01:14