Həbsxana qiyamı 18 nəfərin ölümünə səbəb oldu
0
0
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, San-Luis şəhərinin həbsxanasında başlayan qiyam 27 saat davam edib.
Məhbuslar həbsxana rəhbərliyindən narazılıq ediblər. Bundan əlavə, onlar bəzi cinayət işlərinə baxılmasının sürətlənməsini də tələb ediblər.
Polis isə məhkumların ölümünün bir-biri ilə mübarizə aparan qruplar arasında toqquşmanın nəticəsi olduğunu iddia edir. Məhkumlar qiyam zamanı həbsxana nəzarətçilərini girov götürsələr də, tezliklə onları azad ediblər.