Şanxayda göydələn yanır: 9 ölü, 90 yaralı var
15 noyabr 2010 17:00 (UTC +04:00)

Şanxayda göydələn yanır: 9 ölü, 90 yaralı var

Şanxayda 156 ailənin yaşadığı göydələn yanır. Lent.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, yanğın saat 14:30 radələrində başlayıb.


Ən azı 9 nəfər həyatını itirib, 90 nəfər xəsarət alıb. Yanğının söndürülməsinə 25 yanğınsöndürmə briqadası, 61 maşın cəlb edilib. 3 vertolyotla binanın damına çıxaraq xilas olmağa çalışan insanlar daşınır. Bu vaxta qədər 100 nəfər vertolyotlarla xilas edilib. Qatı tüstü vertolyotların damadakı insanları daşımasına mane olur.


Şahidlər bildiriblər ki, hazırda təmir olunan binada yanğın pilləkəndə başlayıb, qısa müddətdə bütün binanı əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar