Gürcüstana AB-yə üzvlük üçün ərizə vermək təklif olunub
Avropa Birliyinin prezidenti Joze Manuel Barroza Gürcüstan prezidenti Mixail Saakaşviliyə məsləhət görüb ki, Gürcüstan Avropa Birliyinə və NATO-ya daxil olmaq üçün ərizə versin. Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, Joze Manuel Barroza Mixail Saakaşvili ilə keçirdiyi birgə brifinqdə deyib ki, belə bir ərizənin təqdim edilməsi Avropa Birliyi ilə Gürcüstan arasında münasibətlərin dərinləşməsinə və Gürcüstanın investisiyalar üçün daha cəlbedici olmasına yol açar.
Joze Manuel Barroza Avropa Birliyinin heç vaxt Gürcüstan ərazisinin bir hissəsinin işğalı ilə barışmayacağını söyləyib.
Mixail Saakaşvili də bildirib ki, Gürcüstanın məqsədi Avropa Birliyinə daxil olmaqdır. O, 19-20 noyabr tarixlərində NATO-nun Lissabonda keçiriləcək sammitində ölkəsinin alyansa üzv qəbul ediləcəyinə də ümid etdiyini dilə gətirib.
Ancaq buna baxmayaraq, NATO baş katibi Andres foq Rasmussen az əvvəl bəyan edib ki, alyans rəhbərliyi Rusiya prezidenti Dmitri Medvedevin Lissabon sammitinin Moskva üçün sürprizsiz keçməsi barədə xahişini qəbul edib. Bu isə o deməkdir ki, Lissabon sammitində Gürcüstanın NATO-ya üzv qəbul edilməsi barədə qərar qəbul olunmayacaq.

Oxşar yazılar

Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49