Rekord cərimə
ABŞ-ın Oklend şəhərinin (Kaliforniya) Federal Məhkəməsi Almaniyanın SAP proqram təminatı istehsalçısının Amerikanın “Oracle” korporasiyasına sənaye casusluğu və müəllif hüquqlarının pozulmasına görə kompensasiya qismində 1,3 milyard dolları ödəməsi ilə bağlı qərar qəbul edib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, ABŞ-da müəllif hüquqlarına dair çəkişmələr tarixində rekord kompensasiya məbləğidir.
Məhkəmə prosesi əsnasında Almaniya şirkətinin “TomorrowNow” bölməsi tərəfindən qeyri-qanuni şəkildə “Oracle” korporasiyasının texniki sənədlərinin əldə edilməsi və proqram təminatının yüklənilməsi faktı aşkar olunub. Bundan sonra qanunsuz əldə olunmuş məhsul “Oracle”nin müştərilərinə satılıb. Cəmi “TomorrowNow” “Oracle”nin 3 min potensial müştərisindən 358-ni öz tərəfinə cəlb edə bilib. Məhkəmədə müdafiə tərəfi bu şirkətlərin yalnız 86-nın “Oracle”dən mənimsənilmiş proqram təminatını aldığını, SAP-ın öz məhsullarına isə bundan da az müştərinin cəlb olunduğunu bildirib.
Yekunda SAP “TomorrowNow” bölməsinin səhvən “Oracle”nin bir neçə milyon fayllarını yüklədiyini etiraf edərək, bunun nəticəsində dəymiş ziyanın 40 milyon dollardan aşağı olmasını israr edib. Lakin bununla belə, məhkəmə mənimsənilmiş intellektual mülkiyyətin dəyərinin yüksək olduğunu iddia edən, müəllif hüquqlarının pozulmasını isə ciddi cinayət adlandıran və cəzanın buna uyğun olmasını tələb edən “Oracle”nin tərəfini tutub. Hökmün oxunmasından sonra Almaniya istehsalçısı məhkəmə qərarının ləğv olunması üçün bütün qanuni yollardan istifadə edəcəyini bildirib

Oxşar yazılar

50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28