Atəşdən doğan istefa
25 noyabr 2010 20:42 (UTC +04:00)

Atəşdən doğan istefa

Cənubi Koreya prezidenti Li Myen Bak bu gün müdafiə naziri Kim Txe Yenanın istefasını qəbul edib. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, Kim Txe Yena Şimali Koreyanın Yenpyenda adasını artilleriya atəşinə tutmasından sonra deputatların tənqidi ilə üzləşdiyi üçün istefa vermək qərarına gəlib.

Adanın atəşə tutulmasının qarşılığında Cənubi Koreyanın cavab reaksiyasının yetərli olmaması ictimaiyyətində narazılıq yaradıb. Müdafiə naziri parlamentdə dinləmələr zamanı etiraf edib ki, hərbi rəhbərlik əsas təhlükə kimi Şimali Koreyanın hərbi-dəniz qüvvələrini və mümkün desant əməliyyatını nəzərə alıb. Şimali Koreyanın sahil zonasındakı artilleriyasının endirəcəyi zərbə ilə bağlı təhlükə isə tam qiymətləndirilməyib.

Müdafiə naziri postuna yeni namizədin adı sabah açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589

Oxşar yazılar