Tələbələrin qiyməti “Wikipedia”dakı məqalələrindən asılı olacaq
Ən iri internet-ensiklopediya olan “Wikipedia” resursu və ABŞ-ın bir sıra ali tədris müəssisəsi “Public Policy Initative” adlı birgə layihələrini təqdim ediblər. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılıqlı fəaliyyət çərçivəsində tələbələr tərəfindən “Wikipedia” səhifələrində məqalələrin yerləşdirilməsi nəzərdə tutulur.
Həmin məqalələr onların kurs işlərinin qiymətləndirilməsi zamanı nəzərə alınacaq. Cari semestr üçün layihədə səkkiz universitetin doqquz professoru iştirak edəcək. Tələbələr isə artıq internet-ensiklopediyada materialların redaktə üsullarını mənimsəyir və müvafiq tapşırıqlar alıblar. Proqram çərçivəsində gənclər nəinki öz məqalələrini yerləşdirməli, həmçinin digər müəlliflərin yazılarını yoxlayıb redaktə etməli olacaqlar.
Əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağı gözlənilir. Bir tərəfdən ensiklopediya bir sıra məqalələrini təkmilləşdirəcək və düzgün mənbələrdən informasiya əldə edəcək, digər tərəfdən isə tələbələr humanitar və ictimai elmlər üzrə məlumat axtararkən artıq “Wikipedia”nın xidmətlərindən əlavə digər mənbələrə də müraciət edəcəklər.
“Wikimedia Foundation” nümayəndələrinin sözlərinə görə, onlar digər təhsil müəssisələri ilə də bu cür əməkdaşlıq etməyi və layihənin resursun ingilisdilli versiyadan başqa digər dilləri də əhatə etməsini istəyirlər.

Oxşar yazılar

Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33
Zəngəzur dəhlizinə ABŞ nəzarət edəcək?
3 iyul 2025 , 01:38
İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19