Əgər saqqız çeynəyib, yerə tüpürsən...
27 noyabr 2010 19:46 (UTC +04:00)

Əgər saqqız çeynəyib, yerə tüpürsən...

Sayı 40-a çatan kiçik adalardan və yalnız bir şəhərdən ibarət olan, ancaq 500 milyon dollarlıq xarici ticarət dövriyyəsi ilə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına malik Sinqapur qəribə qadağaları ilə diqqət çəkir. Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, 5 milyon əhalisinin 75 faizini çinlilər təşkil edən, göydələnlər ölkəsi kimi tanınan Sinqapurda küçələrdə zibil görmək müşkül məsələsidir və bu ölkə dünyanın ən təmiz ölkələrindən biri sayılır.


Bu ölkədə örtülü yerlərdə siqaret çəkmək, sürətli avtomobil sürmək olmaz. Yolu yalnız keçidlərdən istifadə etməklə keçmək lazımdır. Bu qaydaları pozmaq və ətrafı zibilləmək özünü cərimələtmək deməkdir. Belə davranışlara görə həmin şəxs dərhal ən azı 10 dollar cərimə edilir. Ancaq qadağalar bununla da bitmir. Bu ölkədə yerə tüpürmək, saqqız çeynəmək də olmaz və bu qaydaları pozanlar da 10 dollar cərimə ödəməlidirlər.


Saqqızın bütün növləri “qara siyahı”ya düşməsinin səbəbi pilləkənlər, binalar, avtobuslar və metroda zibillənməyə səbəb olduğu üçün qadağan olunub. Hətta Sinqapurda metroda saqqız çeynəyən şəxsin həbs olunma ehtimalı da var. Sinqapurda xarici ölkə vətəndaşlarının bu qaydadan xəbərləri olmadığı halda saqqız çeynədiyi məlum olarsa, birinci dəfə ona polis tərəfindən xəbərdarlıq edilir. Növbəti qayda pozuntusunda isə güzəşt edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar