Qar Avropanı iflic etdi
Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bəzi iri hava limanlarının fəaliyyəti dayandırılıb, avtonəqliyyat və qatarların işində problemlər yaranıb.
Dekabrın 1-də London, Varşava, Edinburq, Münhen və Amsterdamda yüzlərlə təyyarə reysi təxirə salınıb. Frankfurt hava limanında 300 reys ləğv edilib. London hava limanının sərnişinlərinə reyslərinin təxirə salınıb-salınmadığı barədə əvvəlcədən məlumat almaq tövsiyə edilib.
Varşavada kommunal xidmətlər güclü qar yağması səbəbindən hər 15 dəqiqədən bir yolları təmizləmək məcburiyyətindədir. Almaniyanın bəzi rayonlarında qar örtüyünün qalınlığı 60 santimetrə çatıb. Ölkənin şimalında məktəblər bağlanıb. Meteoroloqlar soyuq havanın həftənin sonuna qədər davam edəcəyini bildirirlər.
Britaniyada 1993-cü ildən bu yana ən soyuq hava qeydə alınıb. Şotlandiyada və İngiltərənin şərqində -20 dərəcə şaxta var. Yolların buz bağlaması və qar yağması dəmir yolunun işini dayandırıb, yollarda avtomobil qəzalarına səbəb olub. Böyük Britaniyada bir sutka ərzində qazdan istifadənin həcmi 5 faiz artıb. Şaxtalı havanın 2 həftə davam edəcəyi proqnozlaşdırılır.
Fransanın Er və Luar departamentlərində də rekord şaxta qeydə alınıb – termometr – 16,8 dərəcəyə kimi düşüb. Bəzi rayonlarda 25 santimetrə qədər qar yağıb. 25 min ev elektriksiz qalıb.
Güclü qar İspaniya və Portuqaliyanın bəzi rayonlarında da qeydə alınıb.

Oxşar yazılar

Cümhuriyyət Xalq Partiyasının 3 bələdiyyə sədri saxlanıldı
5 iyul 2025 , 11:23
"Çelsi" klublararası dünya çempionatının YARIMFİNALINDA
5 iyul 2025 , 07:15
Yaponiyada 5,3 ballıq zəlzələ oldu
5 iyul 2025 , 05:48
Trampdan qəribə iddia: Biz dünya müharibələrində qalib gəldik
4 iyul 2025 , 07:34
Hava məkanı açıldı, hava limanlarının fəaliyyəti bərpa olundu
4 iyul 2025 , 01:11
Rusiyanın yüksək vəzifəli hərbçisi və Şıxəliyev Ukrayna ilə müharibədə öldü
3 iyul 2025 , 13:42
ABŞ İrana yeni hava hücumuna hazırlaşır - İDDİA
3 iyul 2025 , 13:33