Erməni deputat adam güllələdi
0
0
O, kənd sakininə 5 atəş açıb
Ermənistan parlamentinin deputatı Karo Karapetyan Dvin kənd sakini Artur Zadoyan adlı şəxsi güllələyib.
APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, insident Erasx-İrəvan yolunda, Marmaraşen kəndi yaxınlığında baş verib. İnsidentin səbəbi məlum deyil. İlkin məlumata görə, millət vəkilinə əsəbiləşən Artur Zadoyan maşın açarı ilə onun başına zərbə endirib. Buna cavab olaraq erməni deputat həmin şəxsə “Brauninq” markalı tapançadan 5 dəfə atəş açıb. Kənd sakini əl və ayaqlarından güllə yarası alıb. Qeyd edək ki, Karo Karapetyan parlamentə müstəqil deputat kimi seçilsə də, hakim koalisiyada iştirak edən “Çiçəklənən Ermənistan” fraksiyasına daxildir. O həmçinin parlamentin müdafiə və milli təhlükəsizlik komissiyasının üzvüdür.

Oxşar yazılar

ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44
Rusiya XİN AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinə dair məlumat yaydı
4 sentyabr 2025 , 20:34