Misir: Qız və qadınların sünnət edildiyi cəhənnəm!
06 oktyabr 2009 16:00 (UTC +04:00)

Misir: Qız və qadınların sünnət edildiyi cəhənnəm!

60-80 faizə qədəri bu taleyi yaşayır...

Misirdə qız və qadınların 60-80 faizə qədəri sünnət edilir. Bu ənənə Qədim Misirdə fironların hakimiyyətdə olduğu dövrdən bu günə qədər davam edir.
Lent.az-ın verdiyi xəbərə görə, bu barədə tibi fakültəsini bitirərək hazırda qadınlar üçüny aradılmış tibbi yardım mərkəzində işləyən, Msir Qlobal İnkişaf Assosiasiyasının əməkdaşları Mürvət və Samah danışıblar.
Qızların sünnət edilməsi Nil çayı sahillərində həm müsəlmanlar, həm də xristianlar arasında geniş yayılıb. Qahirənin kasıb əl-Marq məhəlləsində yaşayan Mürvət və Samah da 8 yaşlarında qadın dəlləklər tərəfindən zorla sünnət ediliblər. Onlar bu barədə danışanda rəngləri qaçır, ətləri ürpəşir.
Məsələ həm də ondadır ki, Misirdə anaların mütləq əksəriyyəti qızlarının sünnət edilməsinin lazım olduğuna inanırlar. Guya sünnət edilmədikləri təqdirdə qızlar, qadınlar çox həvəsli olur, özlərini saxlaya bilməyərək pozğun yola düşə bilərlər. Guya bu barədə Məhəmməd peyğəmbərin də bir hədisi var. Ancaq Misirin sünni imamı əl-Azhar bu hədisin əslində mövcud olmadığını bəyanlayıb. Digər tərəfdən, islami qaydaların daha çox qorunduğu Səudiyyə Ərəbistanında da qadınlar sünnət olunmur. Sadəcə, digər Afrika ölkələrində olduğu kimi Misirdə də əsrlərdən bəri davam edən bu ənənənin qarşısını almaq problemlidir.
Qeyd edək ki, 1997-ci ildən Misirdə qadın sünnəti qadağan edilib, yalnız tibbi baxımdan zəruri hal yarananda buna icazə verilir. Pul həvəsnə görə bir çox həkimlər qanundakı bu boşluqdan istifadə edirlər. Ancaq Mirsirdə əksəriyyət heç həkimə də üz tutmur. Çunki həkimə bunun üçün 70 funt, yəni 10 avro ödəmək lazımdır. Çoxluq “təcrübəli” dayələrə üstünlük verir. Çirkli şəraitdə edilən sünnətləri zamanı isə ölüm və qızların gələcəkdə ana ola bilməmələri riski böyükdür.
Mürvət və Samah belə dayələrdən birini bu işdən çəkindirmək üçün 1 ay iş aparıb, sonda ona qazandıqları pulun əvəzində kompensasiya verməklə onu bu işdən çəkindiriblər. Ancaq onlar bildiriblər ki, qadınlara qız övladlarını sünnət etdirməmələri barədə seminarlar keçsələr də, onlar ailələrinə gedəndə ərlərinin təsirinə düşür və yenidən sünnətin zəruri olduğu barədə düşünürlər. Mürvət və Samah hesab edir ki, bu səbəbdən ənənəyə bağlı olan kişilər arasında da kampaniya aparılması vacibdir.
# 3333

Oxşar yazılar