3 nazir liftdə qalıb
0
0
Daxili işlər, ədliyyə və nəqliyyat nazirləri Cümhuriyyətin 86-cı ildönümü ilə bağlı tədbirə qatıla bilməyiblər
Türkiyə hökumətinin 3 naziri bu gün Cümhuriyyətinin 86-cı ildönümü ilə bağlı Böyük Millət Məclisində keçirilən bayram tədbirinə qatılmayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, parlamentə daxili işlər naziri Bəşir Atalay, ədliyyə naziri Sadullah Ergin və nəqliyyat naziri Binəli Yıldırım gəlməyib.
Bu 3 nazirin prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi bayram tədbirinə qatılmaması həm millət vəkillərinin, həm də media təmsilçilərinin təəccübünə səbəb olub.
Bir müddət sonra məlum olub ki, bu 3 nazir parlament binasında liftdə qalıb. Nazirlər texniki işçilərin onları liftdən çıxarmasını gözləyiblər. Liftdən çıxarılan zaman tədbirə çox gecikdiklərini görərək salona gəlməyiblər. Nazirlər izahat vermək üçün baş nazir Rəcəb Tayyib Ərdoğanı onun parlamentdəki otağında gözləməyə qərar veriblər.

Oxşar yazılar

ABŞ Marsa ilk astronavtlarını nə vaxt göndərəcək?
5 sentyabr 2025 , 07:33
"Lego" tarixinin ən bahalı komplektini satacaq
5 sentyabr 2025 , 06:37
Bayden xərçəngdən əməliyyat olundu
5 sentyabr 2025 , 05:02
Tramp Putinlə danışacaq
5 sentyabr 2025 , 03:55
Vaşinqton rəhbərliyi Tramp administrasiyasını məhkəməyə verdi
5 sentyabr 2025 , 00:52
Əfqanıstanda güclü zəlzələ oldu
4 sentyabr 2025 , 21:44
Rusiya XİN AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinə dair məlumat yaydı
4 sentyabr 2025 , 20:34