Yəmən prezidentinin şok görüntüsü – FOTO
Yəmən prezidenti Əli Abdulla Saleh bir ay əvvəlki sui-qəsd cəhdindən sonra ilk dəfə kameraların qarşısına keçib. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, üzünün yanaraq eybəcər hala düşən və əli sarıqlı olan Əli Abdulla Saleh televiziya ilə etdiyi çıxışında konstitusiya çərçivəsində iqtidarı bölüşə biləcəyini söyləyib.
Ər-Riyadda 8 əməliyyat keçirdiyini bildirən Yəmən prezidenti ölkəyə nə zaman qayıdacağını açıqlamayıb. Çıxışdan sonra Əli Abdulla Saleh tərəfdarları paytaxt Səna küçələrində aksiya keçirərək sevinclərini atəşfəşanlıqla ifadə ediblər. Müxalifət isə Əli Abdulla Salehin ancaq məhkəmə qarşısına çıxmaq üçün ölkəyə qayıda biləcəyini bildirib.
Bu arada Yəməndə Əli Abdulla Salehin vəzifələrini yerinə yetirən vitse-prezident Ədb Rəbbu Mansur Hadi müxalifətə yeni plan təqdim edib. Plan ölkədə milli birlik hökumətinin qurulmasını, Əli Abdulla Salehin 60 gün içərisində iqtidardan çəkilməsini və prezident seçkilərinin keçirilməsini nəzərdə tutur.

Oxşar yazılar

Süveydada təhlükəli olay
3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO
3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO
3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var
3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb
3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ baş verdi
3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi
3 avqust 2025 , 06:02