Keçmiş ərinin təhdid etdiyi qadın kömək istədi: “Ölmək istəmirəm..."
07 avqust 2020 19:46 (UTC +04:00)

Keçmiş ərinin təhdid etdiyi qadın kömək istədi: “Ölmək istəmirəm..."

İstanbulda iki uşaq anası olan Seyhan Önem, 2007-ci ildə evləndiyi Zafer Erkanın davamlı şiddətə məruz qaldığı səbəbiylə 2018-ci ildə boşanıb. Ancaq iddia olunur ki, keçmiş həyat yoldaşının təhdidləri davam edib. Seyhan sosial media hesabında paylaşdığı "Ölmək istəmirəm, bəlkə bunlar son yazılarımdır" sözlərini yazaraq kömək istəyib.

O, “Twitter”də “Bir aydır evdən çıxa bilməirəm, çünki ölməkdən qorxuram. Həyat təhlükəsizliyim yoxdur. Mənə dedi ki, səni döyəcəm və öldürəcəm” sözlərini də əlavə edib.

Lent.az Türkiyə mediyasına istinadən məlumat verir ki, şiddətə məruz qalan Seyhan Önem açıqlamasında bunları da deyib:

“İllərdir uşaqlarım üçün bu insanın etdiyi zorakılıqlara görə susuram. 2018-ci ildə boşandım. Boşandıqdan sonra daim mənə psixoloji zorakılıq göstərdi. İyulun 1-də məni yanına çağırıb dedi: “Gəlib səni evdən götürəcəm, evə zorla girəcəyəm. Səni götürüb əcəlinə aparacağam". Dərhal polisə zəng etdim, şikayət etmək üçün polis qrupu ilə polis bölməsinə getdim və uzaqlaşdırma qərarı aldırdım. O vaxtdan bəri evdə həbsxana həyatı yaşayıram. Şikayət etdikdən bir gün sonra qonşuların zənglərini çaldı və binanın qapısını açıb hədələdi“.

Önəm onu da bildirib ki, keçmiş həyat yoldaşı uzaqlaşdırılma qərarı alsa da, binanın qarşısından əl çəkmir:

“Sosial mediada onunla dostluq təklifini qəbul etməyimi və paylaşdıqlarımı görmək istədiyini söylədi. Rədd etdiyimdə təhqir etdi və hədələdi. Telefonda onun əlaqə nömrəsini bloklayanda isə bacımın telefonuna silahın fotosunu göndərdi və təhdid mesajları yazdı. Bacım və mən ikimiz şikayət etdik. Yaşadıqlarımı “Twitter”də paylaşdığım zaman sürətlə yayıldı və onu  ifadə verməyə çağırdılar. Amma ifadəsi alındıqdan sonra sərbəst buraxıldı. Mən və ailəm həyatımızdan narahatıq. Qorxudan evdə həbs həyatı yaşayıram. Hakimiyyətə səslənirəm, bizi qoruyun".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4270

Oxşar yazılar

Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək  qabiliyyəti aşkar edildi

Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi

3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN:  5 nəfər öldü

Qızıl mədənində UÇQUN: 5 nəfər öldü

3 avqust 2025 , 05:37