İlon Mask və Ceff Bezos bir həftədə on milyardlarla dollar itirdi
23 yanvar 2022 22:42 (UTC +04:00)

İlon Mask və Ceff Bezos bir həftədə on milyardlarla dollar itirdi

Dünyanın ən varlı insanları – “Tesla”nın qurucusu İlon Mask və “Amazon”un sahibi Ceff Bezos texnoloji səhmlərin qiymətlərinin azalması səbəbindən bir həftə ərzində rekord məbləğ itiriblər.

Lent.az-ın “Bloomberg”ə istinadən məlumatına görə, Mask son 7 gündə 25,1 milyard dollar itirib, nəticədə sərvəti 9%-dən çox azalıb.

Bezos isə 20 milyard dollar itirib. İtirilən məbləğin 17,7 milyard dolları “Binance”ə aid   “Changpeng Zhao”nun payına düşür. 

“Meta”nın (keçmiş Facebook) baş direktoru Mark Zukerberqin sərvəti isə 10,4 milyard dollar azalıb.

Qeyd edək ki, keçən həftə bazarlarda pandemiyanın başlanmasından bəri səhmlərin qiymətlərində ən çox enmə qeydə alınıb. 

Bir gün əvvəl Mask “Tesla” investorlarını “hövsələdən çıxardığına” görə mühakimə olunub.
Səhmdarların məhkəməyə müraciət etməsinə səbəb Maskın 2016-cı ildə direktorlar şurasını milyarderin əsas səhmdarı olduğu “SolarCity”nin alınmasına razılıq verməyə məcbur etməsi olub. Bildirilir ki, yeni şirkətin satın alınması “Tesla”nı “SolarCity”nin maliyyə problemləri və borcları ilə üz-üzə qoyub.

2016-cı ildə sövdələşmə baş tutub - satınalma 2,6 milyard dollar məbləğində “Tesla” səhmləri tərəfindən ödənilib. İddiaçılar Maskın birləşmə üçün aldığı və o vaxtdan bəri xeyli bahalaşan aktivlərin qaytarılmasını tələb edirlər.
 

# 1137
avatar

Oxşar yazılar

Minsk qrupunun ilk həmsədri öldü

Minsk qrupunun ilk həmsədri öldü

19 aprel 2024 , 21:27
Bu vulkan  hər gün göyə 6000 dollar   püskürür

Bu vulkan hər gün göyə 6000 dollar püskürür

19 aprel 2024 , 18:44
Qızardılmış sərçə  verən kafe qalmaqala səbəb oldu

Qızardılmış sərçə verən kafe qalmaqala səbəb oldu

19 aprel 2024 , 13:15
Ana 8 yaşlı oğlunu suda boğmaq  istədi

Ana 8 yaşlı oğlunu suda boğmaq istədi

19 aprel 2024 , 12:20
İran Dövlət Televiziyası: Heç bir nüvə obyekti  hədəfə alınmayıb

İran Dövlət Televiziyası: Heç bir nüvə obyekti hədəfə alınmayıb

19 aprel 2024 , 07:43
İsrail İrana raket zərbəsi  endirdi

İsrail İrana raket zərbəsi endirdi

19 aprel 2024 , 06:22
Meksikada  güclü zəlzələ

Meksikada güclü zəlzələ

18 aprel 2024 , 23:14
Zelenskiyə  sui-qəsd   hazırlığının qarşısı alındı

Zelenskiyə sui-qəsd hazırlığının qarşısı alındı

18 aprel 2024 , 21:29