İran PUA-lar vasitəsilə İsraildə yerləşən ABŞ hərbi bazasının radarını, həmçinin Küveytdə yerləşən ABŞ avadanlıqlarının saxlandığı anqarları hədəfə alıb.
Lent.az xəbər verir ki, bu barədə İran ordusu məlumat yayıb.
Xatırladaq ki, İran İsrail və ABŞ ilə münaqişənin kəskinləşdiyi ilk gündən etibarən Yaxın Şərqin bir sıra ölkələrinə zərbələr endirib. Rəsmi Tehran bəyan edib ki, hücumlar yalnız ABŞ hərbi bazalarının yerləşdiyi ərazilərə yönəlib və İran bu əraziləri ABŞ-ın ərazisi kimi qiymətləndirir.
7 martda İran prezidenti Məsud Pezeşkian qonşu ölkələrdən üzr istəyib. O həmçinin bildirib ki, müvəqqəti rəhbərlik şurasının yeni qərarına əsasən, Yaxın Şərq ölkələrinə yalnız onların ərazisindən hücumlar həyata keçirilərsə zərbə endiriləcək.