İşçisinə yazdığı mesaja görə məhkəməyə verildi: "Şirin qız..."
16 oktyabr 2021 18:30 (UTC +04:00)

İşçisinə yazdığı mesaja görə məhkəməyə verildi: "Şirin qız..."

Türkiyədə daha bir qəribə iddia ilə məhkəməyə müraciət olunub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, iddiaya səbəb İstanbulda universitetlərin birində mühafizə xidmətinin rəhbəri İ.K işçisi olan Esra. A adlı qıza mesaj yazmasıdır.

Belə ki, mühafizə rəhbəri Esra adlı işçisinə sosial şəbəkədə “Nə barədə fikirləşirsən, şirin qız Esra xanım” meajı yazıb. Qız isə bunu əxlaqsız mesaj kimi qiymətləndirib.

Məhkəmə isə yekun qərarda bu sözün əxlaqsız olmadığı qənaətinə gələrək iddianı rədd edib.

# 2106
avatar

Oxşar yazılar