Astarada 36 yaşlı kişi dənizdə batdı  - YENİLƏNİB
20 avqust 2026 12:44 (UTC +04:00)

Astarada 36 yaşlı kişi dənizdə batdı - YENİLƏNİB

0

Astarada dənizdə boğulan şəxsin kimliyi bilinib.

Lent.az-ın xəbərinə görə, hadisə şəhər ərazisindəki çimərlikdə baş verib.

Rayon sakini olan 36 yaşlı Elmar Bəybala oğlu Məmmədli çimərlikdə boğulub. Hazırda onun meyitinin tapılması üçün tədbirlər görülür.

***
19 avqust, saat: 21:59

Astara şəhərinin “Bulvar” ərazisində bir nəfərin Xəzər dənizində batması barədə məlumat daxil olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Masallı rayonunun Kosagül kənd sakini olan şəxs dənizdə itkin düşüb.

Hazırda onun axtarışları aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1108

Oxşar yazılar