Gecəyarı yüksək səslə musiqiyə  qulaq asan həbs olundu:  "İdmançının dayısı oğluyam"
20 avqust 2026 13:06 (UTC +04:00)

Gecəyarı yüksək səslə musiqiyə qulaq asan həbs olundu: "İdmançının dayısı oğluyam"

0

Gəncədə gecə saatlarında ictimai asayişi pozan həbs edilib.

Lent.az-ın xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

31 yaşlı Tahir Cümşüdov (şərti adla) özünə məxsus avtomobillə gecə saat 00:15-də yaşayış zonasında hərəkətdə olarkən yüksək səslə musiqiyə qulaq asıb. Bununla da insanların istirahətini pozub. Ərazidə xidmət olan polis əməkdaşları onu saxlayıb iradını bildirərkən, onlara idmançının dayısı oğlu olduğunu deyərək, lazımsız ifadələr işlədib və qanuni tələbə məhəl qoymayıb.

Nəticədə T. Cümşüdov saxlanılaraq, polis şöbəsinə aparılıb. Şöbədə o, cinayətə meylli insanların adlarını çəkərək, onlarla ünsiyyətdə olduğunu bildirib. Daha sonra onun barəsində inzibati protokollar tərtib olunub.

Məhkəmənin qərarı ilə T. Cümşüdov 10 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar